10.3 km-lik avtomobil yolunda birinci qat asfaltlanma işləri yekunlaşdırılıb

17.11.2026, 17:54 image

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Vətəndaşların daha rahat hərəkətini təmin etmək məqsədilə ümumi uzunluğu 10,3 km olan Naxçıvan şəhəri 6-cı məhəllə, Babək məhəlləsi və Hacıniyyət kəndi istiqamətində əsaslı təmir işləri çərçivəsində asfaltlanmanın ilkin mərhələsi yekunlaşıb.

 

Layihə çərçivəsində yolun hərəkət hissəsində aparılan təmir, bərpa işləri nəticəsində nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün şərait yaxşılaşdırılıb və birinci qat asfalt işləri tamamlanıb.

 

Yol infrastrukturunun yenilənməsi istiqamətində işlər Agentliyin nəzarəti altında davam etdirilir.