Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi ağacəkmə aksiyası keçirib

19.04.2025, 09:05 image

“Konstitusiya və Suverenlik İli” ilə bağlı “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirilib.

 

Aksiya çərçivəsində Agentliyin rəhbərliyi və kollektivi tərəfindən təhkim olunan sahələrdə 200-ə yaxın müxtəlif növ ağac tingi əkilib.

 

Ağacəkmə aksiyasının məqsədi ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin artırılmasıdır. Eyni zamanda, bu aksiya cəmiyyətin ekoloji mövzularda fəallığını artırmaq və təbiətə qayğı göstərməyə həvəsləndirmək məqsədi daşıyır.